Bakı. Trend:
21.04.2026-cı il tarixində saat 20:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, “28 May” metrostansiyasından çağırış daxil olub.
Trend-in məlumatına görə, bu barədə TƏBİB-in mətbuat xidmətindən məlumat verilib.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 2004-cü il təvəllüdlü şəxsin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.
