...

Şahdağda 1 metr qar yağıb

Cəmiyyət Materials 21 Aprel 2026 10:17 (UTC +04:00)
Şahdağda 1 metr qar yağıb
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda respublika üzrə bəzi ərazilərdə qar yağır.

Trend Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, aprelin 21-i saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində arabir şimşək çaxır, ayrı-ayrı yerlərdə intensiv xarakterli yağış, dağlıq ərazilərdə isə qar yağır.

Qar örtüyünün hündürlüyü Şahdağda 87, Kəlbəcərdə 4, Laçında 2, Qrız, Xınalıq, Qusar (Laza), Zaqatalada (Əlibəy) 1 sm-dir.

Düşən yağıntının miqdarı Oğuzda 59, Şəkidə 54, Qaxda (Sarıbaş) 43, Qəbələdə 36, Şamaxı, Mingəçevirdə 29, Zaqatalada 24, Göyçay, Balakəndə 22, Tərtərdə 21, Goranboy, Yevlaxda 20, Naftalanda 19, Göygöldə 18, Hacıqabul, Qobustanda 16, Lerikdə 14, Şəmkir, Xızıda 13, Xaltan, Bərdədə 12, Kürdəmir, Gədəbəy, Gəncə, Şahbuzda 11, Daşkəsən, Yardımlıda 10, Sədərəkdə 9, Zərdabda 8, Sabirabad, Lənkəran, Ağdamda 7, Bakıda və Abşeron yarımadasında 6, Astara, İmişli, Qusarda 4, Naxçıvan, Ordubad, Tovuz, Biləsuvar, Beyləqan, Şirvan, Qubada 3, Şabranda 2, Neftçala, Cəbrayıl, Culfa, Xaçmaz, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti