Bakıda metro xəttinin altından avtomobil yolu və piyada tuneli keçəcək

Cəmiyyət Materials 21 Aprel 2026 10:51 (UTC +04:00)
Bakıda metro xəttinin altından avtomobil yolu və piyada tuneli keçəcək
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Bakıda metro xəttinin altından avtomobil yolu və piyada tuneli keçəcək.

Trend xəbər verir ki, bu barədə AzTV-yə müsahibəsində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

O vurğulayıb ki, bu cür layihə Qafqazda ilk dəfə Bakıda icra edilir.

"Şəhərin "Ulduz" və "Koroğlu" metro stansiyalarına yaxın ərazisində böyük nəqliyyat gərginliyi aradan qalxır. Yeni bir qovşaq yaranır. Bu qovşaq həm avtomobil yolunu, həm metronu, həm də dəmir yol xəttini özündə ehtiva edir”,-deyə V. Qasımlı əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti