Bakı. Trend:
İtaliya Kubokunun yarımfinalının ikinci oyununda "İnter" "Komo"nu 3-2 hesabı ilə məğlub edərək turnirin finalına vəsiqə qazanıb.
Trend-in məlumatına görə, görüş Milanda baş tutub.
"İnter"in heyətində Hakan Çalhanoğlu (69-cu və 86-cı dəqiqələr) və Petar Suçiç (89) fəqrləniblər. Məğlub olan komandadan Martin Baturina (32) və Luka da Kunya (48) qol vurublar.
İlk oyun 0-0 hesabı ilə başa çatıb. İnter finalda Atalanta-Latsio qarşılaşmasının qalibi ilə oynayacaq.