...

Xorvatiyaya ixrac olunan neftin həcmi məlum oldu

Energetika Materials 21 Aprel 2026 23:54 (UTC +04:00)
Xorvatiyaya ixrac olunan neftin həcmi məlum oldu
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-mart aylarında Azərbaycandan Xorvatiyaya 40,8 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə olunmuş 86,2 min ton neft və neft məhsulları ixrac olunub.

Trend bu barədə Azərbaycanın Dövlət Gömrük komitəsinə istinadla məlumat verir.

Məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 197,9 milyon dollar və ya 5,5 dəfə, həcm baxımından isə 342,2 min ton və ya 5 dəfə azdır.

Ötən ilin yanvar-mart aylarında Azərbaycandan Xorvatiyaya 238,7 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə olunmuş 428,4 min ton neft və neft məhsulları ixrac olunmuşdu.

Qeyd edək ki, yanvar–mart aylarında Azərbaycandan dünyanın digər ölkələrinə 2,501 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilən 5,077 milyon ton xam neft və neft məhsulları ixrac edilib.

Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 836 milyon ABŞ dolları və ya 25,1% , fiziki həcm ifadəsində isə 934 min ton və ya 15,5% azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti