...

İnzibati xətalar işləri üzrə sənədlərin verilməsi qaydaları dəyişdirilir

Cəmiyyət Materials 21 Aprel 2026 13:32 (UTC +04:00)
İnzibati xətalar işləri üzrə sənədlərin verilməsi qaydaları dəyişdirilir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İnzibati xətalar haqqında işlər üzrə sənədlərin rəsmi qaydada verilməsi qaydalarında dəyişiklik ediləcək.

Trend-in məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bilavasitə aşkar edilən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar üzrə inzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti yerində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edilməsi yolu ilə rəsmi qaydada veriləcək.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti