...

İranın iki aeroportuna uçuşların həyata keçirilməsinə icazə verilib

Dünya xəbərləri Materials 20 Aprel 2026 17:47 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gündən İranın Tehran vilayətində İmam Xomeyni və Mehrabad aeroportlarından sərnişin təyyarələrinin uçuşuna icazə verilib.

Trend-in məlumatına görə, bununla əlaqədar İranın Mülki Aviasiya Təşkilatı məlumat yayıb.

Məlumata görə, İranın daha 10 aeroportunda – Urmiya, Kirmanşah, Abadan, Şiraz, Kirman, Rəşt, Yəzd, Zahidan, Qorqan və Bircənd- uçuşlar 25 apreldən başlanacaq.

Mülki Aviasiya Təşkilatı uçuşlar üzrə dəqiq məlumatların əldə edilməsi haqda İran vətəndaşlarını diqqətli olmağa çağırıb.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞ və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti