...

“Premium Bank” ASC ən çox şikayət olunan banklar siyahısında yer alıb

İqtisadiyyat Materials 20 Aprel 2026 14:56 (UTC +04:00)
“Premium Bank” ASC ən çox şikayət olunan banklar siyahısında yer alıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin mart ayı üzrə Azərbaycanda ən çox şikayət olunan bankların siyahısı açıqlanıb.

Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, hesabat ayı ərzində “Premium Bank” ASC ən çox şikayət olunan bankların siyahısında 4-cü yerdə qərarlaşıb.

Belə ki, 1,73 indeksi ilə “Premium Bank” ASC orta şikayət indeksində mövqelənib.

“İndeks hər-hansı bank tərəfindən göstərilən maliyyə xidmətlərinin həcmi və əhatə dairəsi nəzərə alınmaqla, həmin bankın müştəri xidmətləri ilə bağlı Mərkəzi Banka daxil olan şikayətlərin proporsionallığı prinsipi əsasında hesablanıb”, - Mərkəzi Bankın məlumatında bildirilib.

Qeyd edək ki, "Premium Bank" 1993-cü ildə "AZAL Bank" adı ilə yaradılıb, 2008-ci ildə adını "Silk Vey Bank"a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib.

Bank 174 601 350 manat nizamanmə kapitalına malikdir. Bankın qanuni təmsilçisi Baxşəliyev Fərhad Adil oğludur.

Bankın səhmdarları 84,46% payla "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) keçmiş prezidenti Cahangir Əsgərov, 15,22% payla "VIP Aviation Services" MMC və 0,32% payla Elvira Əhmədovadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti