...

Bolqarıstan Azərbaycandan təbii qaz alışını artırıb

Energetika Materials 21 Aprel 2026 06:30 (UTC +04:00)
Bolqarıstan Azərbaycandan təbii qaz alışını artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Bolqarıstana 81,088 milyon ABŞ dolları dəyərində 268,9 milyon kubmetr təbii qaz (qaz halında) ixrac edilib.

Trend bu barədə Azərbaycanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici məbləğ ifadəsində 1,922 milyon dollar və ya 2,4%, həcminə görə isə 53,4 min kubmetr və ya 24,7% artıb.

Ümumilikdə, 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycandan 8 ölkəyə 1,285 milyard ABŞ dolları dəyərində 4,381 milyard kubmetr təbii qaz (qaz halında) ixrac edilib. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 265 milyon ABŞ dolları və ya 17,1% az, həcm baxımından isə 193,7 milyon kubmetr və ya 4,6% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti