...

Gürcüstan Azərbaycandan təbii qaz idxalını artırıb

Energetika Materials 20 Aprel 2026 21:34 (UTC +04:00)
Gürcüstan Azərbaycandan təbii qaz idxalını artırıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-fevral aylarında Azərbaycandan Gürcüstana 68,917 milyon ABŞ dolları dəyərində 569,6 milyon kubmetr həcmində təbii qaz ixrac olunub.

Trend bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.

Ötən ilin eyni dövrü ilə müqayisədə ixracın dəyəri 3,848 milyon ABŞ dolları və ya 5,3% azalıb, fiziki həcmi isə 17,3 milyon kubmetr və ya 3,1% artıb.

Ümumilikdə, 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycandan 8 ölkəyə 1,285 milyard ABŞ dolları dəyərində 4,381 milyard kubmetr (qaz halında) təbii qaz ixrac olunub . Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 265 milyon ABŞ dolları və ya 17,1% azdır, fiziki həcm baxımından isə 193,7 milyon kubmetr və ya 4,6% artım qeydə alınıb.

Bununla yanaşı, cari ilin yanvar-fevral aylarında Azərbaycana təbii qaz yalnız bir ölkədən – İran İslam Respublikasından idxal olunub. İdxalın həcmi 3,131 milyon kubmetr, dəyəri isə 210,7 min ABŞ dolları təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti