...

İndoneziya dizelin idxalını dayandırır

Dünya xəbərləri Materials 20 Aprel 2026 19:00 (UTC +04:00)
İndoneziya dizelin idxalını dayandırır
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İndoneziya hakimiyyət orqanları iyulun 1-dən dizel yanacağının idxalını dayandırmağı və onu yarısı palma yağından ibarət yanacaqla əvəz etməyi planlaşdırır.

Trend xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin kənd təsərrüfatı naziri Andi Amran Süleyman bildirib.

“Biz artıq dizel yanacağı idxal etməyəcəyik. 2026-cı il iyulun 1-dən etibarən dizelin idxalını dayandıracağıq, belə ki, bioyanacaqdan istifadə etməyə başlayırıq. Bu, İndoneziya üçün gələcəyin enerjisidir, çünki palma yağından istehsal olunur”, – nazir qeyd edib.

Rəsminin sözlərinə görə, hakimiyyət bu addımı ölkənin enerji müstəqilliyini gücləndirmək məqsədilə atır. Nazir qeyd edib ki, palma yağı vasitəsilə yalnız dizelə alternativ deyil, həm də benzin və etil spirti istehsal etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti