...

Ceyhun Bayramov tailandlı həmkarını Azərbaycanın sülh təşəbbüsləri barədə məlumatlandırıb (FOTO)

Siyasət Materials 20 Aprel 2026 15:54 (UTC +04:00)
Ceyhun Bayramov tailandlı həmkarını Azərbaycanın sülh təşəbbüsləri barədə məlumatlandırıb (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

20 aprel 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Banqkok şəhərində Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 82-ci sessiyası çərçivəsində Tailand Krallığının xarici işlər naziri Sihasak Puanqketkeo ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Azərbaycan ilə Tailand arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub, əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensial yüksək qiymətləndirilib. Siyasi dialoqun inkişafı, iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi, mədəniyyət və turizm sahələrində əlaqələrin dərinləşdirilməsi imkanları nəzərdən keçirilib.

2025-ci ilin dekabr ayında Azərbaycanın Tailandda Səfirliyinin rəsmi açılışının və iki ölkənin Xarici İşlər Nazirlikləri arasında ilk siyasi məsləhətləşmələrin keçirilməsi ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələ kimi qeyd edilib. Bu addımların Azərbaycan-Tailand əlaqələrinin institusional əsaslarının möhkəmləndirilməsinə və əməkdaşlığın daha da sistemli şəkildə inkişafına töhfə verdiyi vurğulanıb.

Görüşdə çoxtərəfli platformalarda qarşılıqlı fəaliyyətin gücləndirilməsinin əhəmiyyəti qeyd olunub. BMT, UNESCAP, AQEM, ASEAN və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib, Azərbaycanın sədrliyi və Tailandın ev sahibliyi ilə keçirilən UNESCAP-ın 82-ci sessiyasının məhsuldar nəticələr verəcəyinə dair əminlik ifadə olunub.

Ceyhun Bayramov həmkarına Azərbaycanın post-münaqişə dövründə həyata keçirdiyi sülh təşəbbüsləri, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi istiqamətində görülən tədbirlər, habelə həmin ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verib.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti