...

İran ələ keçirilən gəmiyə görə ABŞ gəmilərinə zərbə endirdiyini bildirib

Dünya xəbərləri Materials 20 Aprel 2026 02:18 (UTC +04:00)
İran ələ keçirilən gəmiyə görə ABŞ gəmilərinə zərbə endirdiyini bildirib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İran ordusu İrana məxsus bir gəminin ələ keçirilməsinə cavab olaraq ABŞ hərbi gəmilərinə qarşı dron hücumları həyata keçirdiyini bildirib.

Trend-in məlumatına görə, bu barədə İran Silahlı Qüvvələrinin Xatəm əl-Ənbiya mərkəzi qərargahının nümayəndəsi bildirib.

Məlumata əsasən, ABŞ hərbçiləri tərəfindən ələ keçirilən gəmi Çindən Oman körfəzinə gedirdi, ABŞ hərbçiləri atəşkəsi pozaraq gəmiyə atəş açıb və naviqasiya sistemini sıradan çıxarıblar. Buna cavab olaraq İran ABŞ gəmilərinə dronlardan istifadə edərək hücum edib.

İranın Mərkəzi qərargahın nümayəndəsi İranın silahlı qüvvələrinin Amerika tərəfinin "piratçılığa" və hücumlarına cavab verməyə davam etmək niyyətində olduğunu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti