...

ABŞ-də 907-ci düzəlişin ləğvi: daha iki konqresmen təşəbbüsə qoşuldu

Dünya xəbərləri Materials 18 Aprel 2026 13:57 (UTC +04:00)
ABŞ-də 907-ci düzəlişin ləğvi: daha iki konqresmen təşəbbüsə qoşuldu
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Konqresində Azərbaycana yardımla bağlı məhdudiyyətin ləğvini nəzərdə tutan qanun layihəsinə yeni həmmüəlliflər əlavə olunub.

Trend xəbər verir ki, respublikaçı konqresmenlər Derrik Van Orden (Derrick Van Orden) və Rendi Fayn (Randy Fine) konqresvumen Anna Paulina Luna tərəfindən irəli sürülən təşəbbüsə qoşulublar.

Məlumata görə, Rendi Fayn ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin üzvüdür.

Qeyd edək ki, “Azərbaycana qarşı yardım məhdudiyyətlərinin ləğvi haqqında” qanun layihəsi ABŞ-nin Azərbaycana yardımını məhdudlaşdıran Azadlığa Dəstək Aktının 907-ci maddəsinin ləğvini nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti