...

Əfqanıstanda güclü zəlzələ olub

Dünya xəbərləri Materials 18 Aprel 2026 11:46 (UTC +04:00)
Əfqanıstanda güclü zəlzələ olub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Əfqanıstanın Bədəhşan vilayətində güclü zəlzələ baş verib.

Trend xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Tədqiqatlar Mərkəzi (USGS) məlumat yayıb.

Məlumata görə 5,3 maqnitudalı zəlzələnin episentri Bədəhşan vilayətinin Curm rayonundan 27 kilometr cənubda olub. Yeraltı ocağı isə 198,8 kilometr dərinlikdə qeydə alınıb.

Zəlzələ qonşu Pakistanın Gilgit-Baltistan əyalətində, eləcə də paytaxt İslamabadda da hiss edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti