...

Körfəz ölkələrinin açıq dənizlərə çıxışı məhdudlaşdırılmamalıdır - Ərdoğan

İqtisadiyyat Materials 17 Aprel 2026 16:56 (UTC +04:00)
Körfəz ölkələrinin açıq dənizlərə çıxışı məhdudlaşdırılmamalıdır - Ərdoğan
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Antalya. Trend:

Fars körfəzi ölkələrinin açıq dənizlərə çıxışı məhdudlaşdırılmamalı, azad gəmiçilik isə beynəlxalq qaydalara uyğun şəkildə təmin edilməlidir.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan V Antalya Diplomatiya Forumunun açılış mərasimində çıxışı zamanı bildirib.

Ərdoğan vurğulayıb ki, əsas prinsip naviqasiya və tranzit azadlığının təmin edilməsi, həmçinin region ölkələrinin kommersiya gəmiçiliyi üçün açıq marşrutların qorunub saxlanılması olmalıdır.

O qeyd edib ki, qonşu coğrafiyalarda baş verən müharibələr resursların beynəlxalq bazarlara çatdırılması üçün alternativ enerji və logistika marşrutlarının axtarışını sürətləndirir.

“Türkiyə olaraq biz enerji və əlaqəlilik sahəsində, o cümlədən “İnkişaf yolu” kimi strateji layihələr çərçivəsində qonşularımızla əməkdaşlığa açığıq”, — deyə prezident bildirib.

Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şərifin vasitəçiliyi ilə elan olunmuş 15 günlük atəşkəs təşəbbüsünü də şərh edərək razılaşmadan məmnunluğunu ifadə edib.

Türkiyə Prezidenti qeyd edib ki, yaranmış “imkan pəncərəsi” davamlı sülhün əldə olunması üçün maksimum dərəcədə səmərəli istifadə olunmalıdır.

“Heç bir halda imkan vermək olmaz ki, dialoqun yerini silah, danışıqların yerini isə qan axıdılması tutsun. Sülhə aparan ən qısa yol konstruktiv dialoq və diplomatiyadır”, -deyə o vurğulayıb.

Ərdoğan əlavə edib ki, sülhə nail olmaq üçün tərəflərin qarşılıqlı güzəştləri, səbr və sağlam düşüncəsi zəruridir.

Türkiyə Prezidenti qeyd edib ki, yaranmış “imkan pəncərəsi” davamlı sülhün əldə olunması üçün maksimum dərəcədə səmərəli istifadə olunmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti