...

Cənubi Qafqaz qlobal dəyişikliklər fonunda xüsusi əhəmiyyət qazanır - Kobaxidze

İqtisadiyyat Materials 17 Aprel 2026 13:02 (UTC +04:00)
Cənubi Qafqaz qlobal dəyişikliklər fonunda xüsusi əhəmiyyət qazanır - Kobaxidze
Aygün Bəliyarli
Aygün Bəliyarli
Bütün xəbərlər

Bakı. Trend:

Dünyada baş verən dəyişikliklər fonunda Cənubi Qafqaz xüsusi əhəmiyyət qazanır.

Trend xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze V Antalya Diplomatiya Forumunun çərçivəsində “Sabahı formalaşdırmaq, qeyri-müəyyənlikləri idarə etmək” mövzusunda panel müzakirəsində çıxışı zamanı bildirib.

“Cənubi Qafqazdan danışarkən, əlbəttə ki, bütün bu qlobal qeyri-müəyyənliklər bizim regiona da təsir edir. Lakin eyni zamanda, dünyada baş verən dəyişikliklər fonunda Cənubi Qafqaz xüsusi əhəmiyyət qazanır”, – deyə o bildirib.

Kobaxidzenin sözlərinə görə, Gürcüstan yaranan imkanlardan maksimum istifadə etməyə çalışır.

“Bizim yanaşmamız sülhə və mütərəqqi inkişafa yönəlmiş yanaşmadır və bu artıq öz effektivliyini sübut edir”, – deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti