...

Azərbaycanın Mərkəzi Asiya ölkələri formatına qoşulması yeni geosiyasi reallıqları əks etdirir - Meredov

Siyasət Materials 18 Aprel 2026 14:19 (UTC +04:00)
Azərbaycanın Mərkəzi Asiya ölkələri formatına qoşulması yeni geosiyasi reallıqları əks etdirir - Meredov
Gülnarə Rəhimova
Gülnarə Rəhimova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın Mərkəzi Asiya ölkələri formatına qoşulması yeni geosiyasi reallıqları əks etdirir.

Trend xəbər verir ki, bu barədə Türkmənistanın xarici işlər naziri, Nazirlər Kabineti sədrinin müavini Rəşid Meredov Antalya Diplomatiya Forumu çərçivəsində təşkil olunan panel müzakirələrində danışıb.

Onun sözlərinə görə, Mərkəzi Asiyada dövlət başçılarının məşvərət görüşləri formatının yaradılması və Azərbaycanın ona qoşulması məntiqi bir addım olub.

“Azərbaycanın bu formata qoşulmaq qərarı təbii bir addım və dünya siyasətində dəyişən prosseslərə məntiqi cavab olub”, - deyə o bildirib.

Meredov vurğulayıb ki, bu format regiondan sülh naminə səylərin əlaqələndirilməsinə, mehriban qonşuluq siyasətinə və iqtisadi artımın təşviqinə hədəflənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti