Bakı. Trend:
"Ayaks" yeni mövsüm üçün yarımmüdafiə xəttini təcrübəli oyunçu ilə gücləndirməyi planlaşdırır.
Trend xarici mediaya istinadən xəbər verir ki, Amsterdam klubunun əsas hədəfi "Real"da çıxış edən Dani Sebalyosdur. Bu barədə "Diario AS" nəşri məlumat yayıb.
Sebalyosla ilkin danışıqlara başlayıb. Madrid təmsilçisi bu mövsüm az forma şansı qazanan ispaniyalı futbolçu üçün gələn təklifi dəyərləndirməyə hazırdır.
Qeyd edək ki, "Real" Dani Sebalyosu 2017-ci ilin yayında "Betis"dən transfer edib. 29 yaşlı yarımmüdafiəçi bu mövsüm "kral klubu"nun heyətində 22 rəsmi matçda meydana çıxıb.
