...

BMT-nin rəhbəri qadın olmalıdır – İspaniya Baş naziri

Dünya xəbərləri Materials 18 Aprel 2026 16:32 (UTC +04:00)
BMT-nin rəhbəri qadın olmalıdır – İspaniya Baş naziri
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniya Baş naziri Pedro Sançes BMT-də islahata ehtiyac olduğunu bildirib.

Trend bu barədə xarici mediaya istinadən xəbər verir.

“Biz bilirik ki, çoxtərəfli sistemin yenilənməyə ehtiyacı var”, – deyə çıxışı hökumətin saytında yayımlanan Baş nazir qeyd edib.

“Biz həmçinin bilirik ki, o, yalnız XXI əsrin reallıqlarına uyğun şəkildə islahat aparıldığı təqdirdə mövcudluğunu qoruyub saxlaya bilər", - deyə Sançes vurğulayıb.

O, həmçinin təşkilata qadının rəhbərlik etməsinin tərəfdarı olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti