...

"Ford" bir milyondan artıq avtomobilini geri çağırır

Dünya xəbərləri Materials 18 Aprel 2026 08:54 (UTC +04:00)
"Ford" bir milyondan artıq avtomobilini geri çağırır

Bakı. Trend:

"Ford" şirkəti ABŞ-də transmissiyanın idarəetmə modulunun proqram təminatında aşkarlanan nasazlıq səbəbindən təxminən 1,4 milyon "F-150" model avtomobilini geri çağırmaq qərarı verib.

Trend xəbər verir ki, bu barədə ABŞ-nin Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsi (NHTSA) məlumat yayıb.

Bildirilib ki, proqram təminatındakı problem hərəkət zamanı avtomobilin gözlənilmədən ikinci sürətə keçməsinə səbəb ola bilər. Bu isə nəqliyyat vasitəsinə nəzarətin itirilməsi və qəza ehtimalının artması ilə nəticələnə bilər.

Xəbər lenti

Xəbər lenti