...

"ING Group" Azərbaycanda inflyasiya səviyyəsi ilə bağlı 2026-2027-ci illər üzrə proqnozlarını verib

İqtisadiyyat Materials 17 Aprel 2026 10:06 (UTC +04:00)
"ING Group" Azərbaycanda inflyasiya səviyyəsi ilə bağlı 2026-2027-ci illər üzrə proqnozlarını verib
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Niderlandın "ING Group" bank qrupunun qiymətləndirmələrinə görə, Azərbaycanda inflyasiya 2026 və 2027-ci illərdə müvafiq olaraq 5,2% və 5,1% səviyyəsində gözlənilir.

Bu barədə Trend məlumat verir.

2026-cı ilə olan rüblük proqnoz aşağıdakı kimidir:

II rüb – 5,4%, III rüb – 4,9%, IV rüb – 4,8%.

2027-ci il üzrə rüblük proqnoz:

I rüb – 4,7%, II rüb – 5,1%, III rüb – 5,3%, IV rüb – 5,4%.

Qeyd edək ki, Azərbaycan Maliyyə Nazirliyinin İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunan məlumatlarına əsasən, 2026-cı ildə neft və qaz hasilatının həcmlərinin azalacağı gözlənilir. 2029–2030-cu illərdə isə neft və əmtəəlik qaz hasilatının artması fonunda neft-qaz sektorunda yüksəliş proqnozlaşdırılır.

Vurğulanır ki, 2027-ci ildə əsas kapitala investisiyalar 5,6 faiz artacaq, orta müddətli perspektivdə isə onların orta illik artımı 2,1 faiz təşkil edəcək. 2026-cı ildən başlayaraq 2028-ci ilin sonunadək neft-qaz sektoruna yönəldilən kapital qoyuluşlarının artacağı proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti