Bakı.Trend:
Azərbaycan Respublikasının ərazisində mövcud infrastrukturda qatarların maksimal sürəti 140km/saat müəyyən olunub.
Bu fikirləri Trend-in sualını cavablayarkən “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov deyib.
O bildirib ki, qatarlar həmin sürətlə hərəkət edirlər.
“Bu sürət ADY üçün maksimal hesab olunur. Qatarların sürətinin artırılması ilə bağlı hər hansı işlər aparılmır”.
