...

Rıza Tamer vəfat edib

Dünya xəbərləri Materials 17 Aprel 2026 12:10 (UTC +04:00)
Rıza Tamer vəfat edib
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

2000-ci illərin əvvəllərində Türkiyənin ən çox baxılan musiqi yarışmalarından biri olan Popstar-ın iştirakçısı, məşhur türk müğənnisi Rıza Tamer vəfat edib.

Trend xarici mediaya istinadən xəbər verir ki, bu barədə müğənninin meneceri məlumat yayıb.

Onun açıqlamasına görə, dünən axşam saatlarında Bodrumun Konacık məhəlləsində menecerinin evində müğənni özünü narahat hiss edib. Təcili yardımla xəstəxanaya çatdırılan müğənnidə qan dövranı pozğunluğu müəyyən edilib və bütün cəhdlərə baxmayaraq o, dünyasını dəyişib. Müğənninin meneceri "10 dəqiqə əvvəl ölüm xəbərini aldım, şokdayam" deyib.

Qeyd edək ki, ötən aylarda Azərbaycana gələn Rıza Tamer burada türk pulu keçərli olmadığı səbəbi ilə konsertini ləğv etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti