...

Şamaxı kollecinə yeni direktor təyin olundu (FOTO)

Cəmiyyət Materials 17 Aprel 2026 11:58 (UTC +04:00)
Şamaxı kollecinə yeni direktor təyin olundu (FOTO)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 16-da Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktorunun əmrinə əsasən Vasif Müslümov Şamaxı Dövlət Regional Kollecinin direktoru vəzifəsinə təyin edilib.

Trend xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Məlumata görə, Vasif Müslümov Bakı Dövlət Universitetində tətbiqi riyaziyyat və kibernetika ixtisası üzrə təhsil alıb, fizika-riyaziyyat elmləri namizədi, dosentdir. O, uzun illər Azərbaycan Dillər Universitetində çalışıb, 30 ildən artıq pedaqoji təcrübəyə malikdir. Son təyinata qədər Şamaxı Dövlət Regional Kollecində tərbiyə işləri üzrə direktor müavini və direktor vəzifəsini müvəqqəti icra edən şəxs olub.

Yeni direktorun kollektivə təqdimatı zamanı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova kollecin maddi-texniki bazası ilə tanış olub, tədris auditoriyalarına baxış keçirib və tədrisin təşkili prosesi ilə maraqlanıb. təhsil müəssisəsinin infrastrukturunun yaxşılaşdırılması, perspektiv inkişaf istiqamətləri, region üzrə ixtisaslı kadr hazırlığının gücləndirilməsi, tədrisin keyfiyyətinin artırılması və idarəetmənin təkmilləşdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb, müvafiq tövsiyələr verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti