...

Azərbaycan regional təhlükəsizliyin möhkəmləndirilməsində əsas rol oynayır - TDT baş katibi

Siyasət Materials 17 Aprel 2026 11:14 (UTC +04:00)
Azərbaycan regional təhlükəsizliyin möhkəmləndirilməsində əsas rol oynayır - TDT baş katibi
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Antalya.Trend:

Azərbaycan regionda təhlükəsizliyin möhkəmləndirilməsində əsas rol oynayır.

Trend-in Türkiyəyə ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüralıyev 5-ci Antalya Diplomatya Forumu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

“Antalya Diplomatiya Forumu artıq ənənəvi tədbirə çevrilir. Ələlxüsus da indiki şəraitdə, regionda və dünyada vəziyyət qeyri-sabit olaraq qaldığı bir vaxtda, belə platformalar sülhün və sabitliyin dəstəklənməsində mühüm rol oynayır”, – deyə o qeyd edib.

Ömüralıyev təşkilat çərçivəsində Azərbaycanın əhəmiyyətli rolunu vurğulayıb.

“Azərbaycan Türk Dövlətləri Təşkilatının təsisçilərindən biridir və regional təhlükəsizliyin möhkəmləndirilməsində mühüm rol oynayır. Prezident İlham Əliyevin forumda iştirakı da bu tədbirin önəmini nümayiş etdirir”, – deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti