Bakı. Trend:
Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.
Trend Milli
Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, havanın
temperaturu gecə 10-13, gündüz 16-21 dərəcə isti olacaq. Atmosfer
təzyiqi 765 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi
rütubət 65-70 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi
gözlənilir. Lakin axşam bəzi qərb rayonlarında qısamüddətli
yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim
şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.
Havanın temperaturu gecə 8-11, gündüz 18-23 dərəcə isti, dağlarda
gecə 0-5 dərəcə isti, gündüz 10-15, bəzi yerlərdə 18 dərəcə isti
olacaq.
