Bakı. Trend:
İranda 21 apreldən etibarən orta məktəblər distant təhsillə fəaliyyətini davam etdirəcək.
Trend-in məlumatına görə, bunu İranın Təhsil və Təlim Nazirliyinin sözçüsü Əli Fərhadi yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, distant təhsil növbəti rəsmi elana qədər davam edəcək.
Fərhadi bildirib ki, distant təhsillə əlaqədar lazımi imkanlar yaradılıb və hər hansı dəyişiklik olarsa, 3 gün öncədən elan olunacaq.
Əlavə edək ki, ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlarına görə, İranda orta məktəblərdə təhsil distant şəkildə keçirilirdi.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb. İran elə həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə iki həftəlik atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞ və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə olunmayıb.
