İran parlamentinin sədri Pakistan ordusunun komandanı ilə görüşüb

Dünya xəbərləri Materials 16 Aprel 2026 14:00 (UTC +04:00)
İran parlamentinin sədri Pakistan ordusunun komandanı ilə görüşüb
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bu gün Tehranda Pakistan ordusunun baş komandanı, feldmarşal Asim Munirlə görüşüb.

Trend bu barədə İran mediasına istinadən xəbər verir.

Məlumata görə, görüşdə ABŞ və İran arasındakı danışıqlar və digər maraq doğuran məsələlər müzakirə olunub.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik, müvəqqəti atəşkəs barədə razılığa gəliblər.

11 apreldə ABŞ və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə olunmayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti