...

Livan ordusu İsrailin atəşkəsi pozduğunu təsdiqləyib

Dünya xəbərləri Materials 17 Aprel 2026 05:23 (UTC +04:00)

Bakı. Trend:

Livan ordusu atəşkəs qüvvəyə mindikdən sonra İsrailin hücumlarının davam etdiyini təsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə Livan ordusunun mətbuat xidməti "X" sosial şəbəkəsində.

Livanın cənubunda yaşayan sakinlərə evlərinə qayıtmamağa çağırış edilib.

"[Livan ordusu] vətəndaşlara müraciət edərək [Livan və İsrail arasında atəşkəs razılaşmasının] bir sıra pozuntuları və nəticədə qeydə alınan İsrail hücumları səbəbindən cənub kənd və qəsəbələrinə qayıtmağa tələsməməyə çağırır", - deyə bildirilib.

Qeyd edilib ki, ölkənin hərbi rəhbərliyi lazımi təhlükəsizlik tədbirləri görmək üçün vəziyyəti izləyir və Livanın təhlükəli ərazilərindən, xüsusən də gecələr uzaq durmağa çağırır

Məqalədə:
Xəbər lenti

Xəbər lenti