...

Bakıda avtobusda nasazlıq – sərnişinlər təxliyə edildi (FOTO) (YENİLƏNİB)

Hadisə Materials 16 Aprel 2026 09:44 (UTC +04:00)
Bakıda avtobusda nasazlıq – sərnişinlər təxliyə edildi (FOTO) (YENİLƏNİB)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

"BakuBus” MMC-nin istismarında olan 17 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusların birində nasazlıq halı qeydə alınıb.

Bu barədə paytaxtın İnşaatçılar prospektində avtobusda yanğın baş verməsi ilə bağlı Trend-in sorğusuna cavab olaraq “BakuBus” MMC-dən bildirilib.

Qurumdan qeyd edilib ki, tüstülənməyə səbəb mühərrikin soyutma sisteminə aid boru xəttində yağ sızması və yüksək temperaturun təsiri ilə buxarlanmanın baş verməsi olub.

“Sərnişinlər operativ şəkildə avtobusdan düşürülərək digər ehtiyat avtobusa yönləndirilib və marşrutun hərəkət qrafiki qısa müddətdə bərpa edilib”,- deyə MMC-dən əlavə edilib.

09:28
xxx

Paytaxtın Yasamal rayonunda avtobusda yanğın baş verib.

Trend-in məlumatına görə, hadisə səhər saatlarında Yasamal rayonu İnşaatçılar prospektində baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti