...

Mərkəzi Bankın nümayəndə heyəti ABŞ-də Dünya Bankı və BVF-nin toplantılarında iştirak edəcək

İqtisadiyyat Materials 16 Aprel 2026 12:53 (UTC +04:00)
Mərkəzi Bankın nümayəndə heyəti ABŞ-də Dünya Bankı və BVF-nin toplantılarında iştirak edəcək
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzi Bankın sədrinin birinci müavini Əliyar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fondunun (BVF) Yaz Toplantılarında iştirak məqsədilə ABŞ-nin Vaşinqton şəhərinə işgüzar səfərə yola düşüb.

Trend bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Məlumata əsasən, Yaz Toplantıları çərçivəsində Mərkəzi Bankın nümayəndə heyəti Azərbaycanın da daxil olduğu Seçki Qrupunun toplantısında və bir sıra tədbirlərdə iştirakı nəzərdə tutulur.

Qeyd edilib ki, bu müddətdə DB və BVF-nin rəhbər vəzifəli şəxsləri, Mərkəzi Bank ilə əməkdaşlıq edən bir sıra maliyyə-investisiya təşkilatları və ABŞ-nin rəsmi qurumları ilə ikitərəfli görüşlərinin keçirilməsi də planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti