...

BVF ABŞ-nin dövlət borcu ilə bağlı bədbin proqnozlar təqdim edib

Dünya xəbərləri Materials 15 Aprel 2026 17:40 (UTC +04:00)
BVF ABŞ-nin dövlət borcu ilə bağlı bədbin proqnozlar təqdim edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Beynəlxalq Valyuta Fondu (BVF) proqnozlaşdırır ki, Vaşinqton mövcud büdcə siyasətini davam etdirəcəyi təqdirdə ABŞ-nin dövlət borcu 2031-ci ildə ÜDM-in 142,1%-nə çatacaq.

Trend bu barədə BVF-nin Vaşinqtonda təqdim olunan növbəti “Büdcə bülleteni”nə istinadən xəbər verir.

Fondun analitiklərinin hesablamalarına görə, cari ildə ABŞ-nin dövlət borcu ÜDM-in 125,8%-ni təşkil edəcək. 2027-ci ildə bu göstərici 128,6%-ə, 2028-ci ildə 132,1%-ə, 2029-cu ildə 135,5%-ə, 2030-cu ildə isə 138,9%-ə yüksələcək.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ-nin dövlət borcunun 39 trilyon ABŞ dollarını ötdüyü elan olunmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti