Bakı. Trend:
İsrail ordusunun komandanlığı Livanda Zəhrani çayının şimal sahillarında yaşayan mülki əhalinin təxliyə olunması ilə bağlı xəbərdarlıq edib.
Trend xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
İsrail Müdafiə Ordusunun (IDF) nümayəndəsi Avixay Adray "X" platformasında ərəb dilində yayımlanan bəyanatında livanlılardan təhlükəli əraziləri tərk etməyi sürətləndirməyi tələb edib.
Bu çağırış, “Hizbullah”ın hərbi infrastrukturunun məhv edilməsi məqsədilə planlaşdırılan intensiv bombardmanlarla əlaqələndirilib.
Hərbi nümayəndə qeyd edib ki, İsrail ordusu tərəfindən icazəsiz şəkildə cənub bölgələrinə hər hansı qayıdış Livan vətəndaşlarının həyatını təhlükə altına atacaq.
