...

Azərbaycanın iqtisadi artım proqnozu açıqlanıb

İqtisadiyyat Materials 15 Aprel 2026 16:18 (UTC +04:00)
Azərbaycanın iqtisadi artım proqnozu açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin mart ayında təqdim olunan proqnozlara əsasən baza ssenaridə neftin bir barelinin orta illik ixrac qiyməti 2027-2030-cu illər üçün 65,0 ABŞ dolları olacağı fərz edilib. Proqnozlara əsasən, 2027-ci ilin sonuna ÜDM-in həcmi 139,0 milyard manat təşkil edəcəyi, 2030-cu ildə isə 166,9 milyard manata qədər artacağı gözlənilir.

Trend bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

“ÜDM-də qeyri-neft-qaz sektorunun payının 2025-ci ildəki 71,5%-dən 2027-ci ildə 78%-ə, 2030-cu ildə isə 81,8%-ə çatacağı gözlənilir. Ortamüddətli dövrdə ÜDM-in real artım tempinin orta illik 3,3 faiz, qeyri-neft-qaz ÜDM-in 4,2 faiz olacağı proqnozlaşdırılır”, - məlumatda vurğulanıb.

Xəbər yenilənəcək

Məqalədə:
Xəbər lenti

Xəbər lenti