...

Naxçıvanda keçən il 1 şəhid ailəsinə mənzil verilib

Cəmiyyət Materials 15 Aprel 2026 09:31 (UTC +04:00)
Naxçıvanda keçən il 1 şəhid ailəsinə mənzil verilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə Naxçıvanda sosial təminat tədbirləri çərçivəsində müharibə ilə bağlı həssas qruplara yönələn dəstək davam etdirilib.

Trend-in əldə etdiyi məlumata görə, il ərzində Naxçıvan şəhərində yerləşən çoxmənzilli binada 3 müharibə əlilliyi olan şəxsə1 şəhid ailəsinə mənzil verilib.

Hazırda muxtar respublika üzrə 156 imtiyazlı şəxs mənzil uçotundadır. Onların 67-si şəhid ailəsi üzvü, 81-i müharibə əlili, 5-i Çernobıl əlili, 3-ü isə gözdən əlilliyi olan şəxslərdir. Bu şəxslərdən 61 nəfərin artıq faktiki mənzilə ehtiyacı olduğu müəyyən edilib.

Sosial dəstək yalnız mənzillə məhdudlaşmayıb. Belə ki, 2025-ci ildə Dəstək Fondu tərəfindən 190 şəhid ailəsi üzvünə, 75 müharibə veteranına135 müharibə əlilliyi olan şəxsə yardım göstərilib. Bu məqsədlə ümumilikdə 252,7 min manat vəsait xərclənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti