...

Avropa Qızlar Riyaziyyat Olimpiadasının üç bürünc medalını azərbaycanlı şagirdlər qazandı (FOTO)

Cəmiyyət Materials 15 Aprel 2026 13:24 (UTC +04:00)
Avropa Qızlar Riyaziyyat Olimpiadasının üç bürünc medalını azərbaycanlı şagirdlər qazandı (FOTO)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanlı şagirdlər Avropada riyaziyyat olimpiadasından 3 bürünc medalla qayıdıblar.

Bu barədə Trend-ə Azərbaycan Respublikasının Təhsil İnstitutundan məlumat verilib.

Məlumata görə, Fransanın Bordo şəhərində keçirilən XV Avropa Qızlar Riyaziyyat Olimpiadasında (EGMO 2026) Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9-cu və 10-cu sinif şagirdləri Gülay Əlizadə və Zeynəb Umudlu, həmçinin Bakı şəhəri 236 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Ləman Nəbiyeva fərqləniblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti