...

Aprel ayında neft bazarında daha çətin vəziyyət gözlənilir - Dünya Bankı

İqtisadiyyat Materials 15 Aprel 2026 01:37 (UTC +04:00)
Aprel ayında neft bazarında daha çətin vəziyyət gözlənilir - Dünya Bankı

Bakı. Trend:

ABŞ və İsrailin İrana qarşı əməliyyatı səbəbindən qlobal neft qiymətlərinin artması baxımından aprel ayı mart ayına nisbətən daha çətin bir ay olacaq.

Trend-in məlumatına görə, bu barədə Dünya Bankının prezidenti Adjay Banqa deyib.

"Yaxın Şərqdəki vəziyyətlə bağlı fikrim belədir: birincisi, inanıram ki, aprel ayı insanların indi düşündüyündən daha çətin bir ay olacaq, çünki mart ayında dənizdə olan bütün neft artıq çatmalı olduğu yerlərə çatıb və mart ayında bu [Hörmüz boğazından] başqa heç nə keçməyib", - deyə A.Banqa bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti