...

Beynəlxalq Valyuta Fondu Azərbaycanda inflyasiya proqnozunu açıqladı

İqtisadiyyat Materials 14 Aprel 2026 17:19 (UTC +04:00)
Beynəlxalq Valyuta Fondu Azərbaycanda inflyasiya proqnozunu açıqladı
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ildə Azərbaycanda inflyasiya 2025-ci ildəki 5,6 faizlə müqayisədə 6 faiz səviyyəsində olacaq.

Trend bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatına istinadən məlumat verir.

Hesabata əsasən, 2027-ci ildə ölkədə inflyasiya 5,1 faizə qədər azalacaq.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-mart aylarında Azərbaycanda orta illik inflyasiya 5,7% təşkil edib.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə isə baza ssenariyə əsasən, 2026-cı ilin və 2027-ci ilin sonuna illik inflyasiyanın hədəf daxilində olacağı proqnozu dəyişməz qalır. Bildirilib ki, son meyillərin təhlili 2026-cı ilə inflyasiya proqnozunun artma istiqamətində dəyişdirilməsi ehtimalının olduğunu göstərir.

“2026-cı ilin fevralında 12 aylıq inflyasiya 5.7% təşkil edib. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6.8%, ödənişli xidmətlər üzrə 5.7%, qeyri-qida məhsulları üzrə isə 3.7% təşkil edib. İllik baza inflyasiya 5.6% olub. Müşahidə olunan inflyasiya, əsasən xarici mənşəli xərc amillərinin təsiri altında formalaşır”, - Mərkəzi Bank qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti