Bakı. Trend:
Aprelin 16-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Trend Milli
Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, gündüz bəzi
yerlərdə az yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi səhər
şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 8-10° isti, gündüz 15-18° isti olacaq.
Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət
gecə 70-75%, gündüz 50-60 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi
gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağıntılı
olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar
yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim
qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 5-9° isti, gündüz 16-21° isti, dağlarda
gecə 5-10° şaxta, gündüz 1° şaxtadan 3°-dək isti olacaq.
