...

Yeni Orfoqrafiya və Orfoepiya lüğətləri nə vaxt nəşrə veriləcək?

Cəmiyyət Materials 16 Aprel 2026 15:41 (UTC +04:00)
Yeni Orfoqrafiya və Orfoepiya lüğətləri nə vaxt nəşrə veriləcək?
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan dilinin yeni Orfoqrafiya və Orfoepiya lüğətlərinin nəşrə təhvil veriləcəyi vaxt məlum olub.

Bu barədə Trend-ə açıqlamasında AMEA Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli məlumat verib.

Onun sözlərinə görə, lüğətlərin təhvili ilə bağlı dünən daha bir iclas təşkil edilib:

"Biz dünən bir iclas da keçirtdik. Artıq hansı mütəxəssisə hansı hərfləri vermişiksə, onlar bir-bir hesabatlarını təqdim ediblər. Yekun işlər görülür, yeni lüğətlər may ayının sonunda nəşr üçün təhvil veriləcək".

Qeyd edək ki, Orfoqrafiya lüğəti 1975, 2004, 2013 və 2021-ci illərdə nəşr edilib. Yeni lüğətin nəşri 2026-cı il üçün nəzərdə tutulub. Türkdilli dövlətlər içərisində ilk dəfə Azərbaycanda süni intellektin köməyilə orfoqrafiya lüğəti hazırlanır. Lüğətin hazırlanmasında, sözlərin seçimində tezlik sistemi istifadə edilib. Lüğətlərin nəşr edilməsi isə AMEA Rəyasət Heyətinin səlahiyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti