Bakı. Trend:
Ötən ay aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlanıb.
Trend xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Məlumata görə, 2026-cı ilin mart ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 885 774 nəfər olub.
Onların 477 929 nəfərini aylıq sosial müavinət, 407 845 nəfərini isə təqaüd alanlar təşkil edib.
Qeyd edək ki, 2025-ci ilin mart ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 861 158 nəfər olub.
Onların 459 494 nəfərini aylıq sosial müavinət, 401 664 nəfərini isə təqaüd alanlar təşkil edib.
