Bakıdan yola düşən ilk sərnişin qatarı Kürdəmirə çatdı (FOTO) (YENİLƏNİB)

İqtisadiyyat Materials 17 Aprel 2026 11:20 (UTC +04:00)
Bakıdan yola düşən ilk sərnişin qatarı Kürdəmirə çatdı (FOTO) (YENİLƏNİB)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Bakıda yola düşən ilk rəmzi qatar Kürdəmirə çatıb.

Trend xəbər verir ki, qatar Bakıdan Kürdəmirə 2 saat 11 dəqiqəyə çatıb.

Məlumat üçün bildirək ki, Kürdəmirə dəmir yolu ilə sərnişin daşınmasına isə aprelin 18-dən start veriləcək.

09:06
xxx

Bakıdan Kürdəmirə ilk rəmzi sərnişin qatarı yola düşüb.

Trend xəbər verir ki, Kürdəmirə qatarla səyahət edən ilk sərnişinlər media nümayəndələridir.

Kürdəmirə dəmir yolu ilə sərnişin daşınmasına isə aprelin 18-dən start veriləcək.

Bakı–Qazax–Bakı, Bakı–Balakən–Bakı, Bakı–Ağdam–Bakı, eləcə də həftəsonları və bayram günləri təyin olunan Bakı–Ağstafa–Bakı reysləri üzrə qatarlar Kürdəmir stansiyasında dayanacaq.

Bilet satışı 17 aprel tarixindən başlayır.

Xatırladaq ki, Kürdəmir istiqamətində sərnişindaşımanın təşkili ilə bağlı hazırlıq işlərinə bu ilin fevralında başlanılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti