...

Ərdoğan Cənubi Qafqazda sülhə yönələn addımları alqışlayıb

Dünya xəbərləri Materials 16 Aprel 2026 22:04 (UTC +04:00)
Ərdoğan Cənubi Qafqazda sülhə yönələn addımları alqışlayıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Qafqazda sülh və rifahın hökm sürdüyü dinc bir gələcəyin qurulması istiqamətində atılan addımları yüksək qiymətləndiririk.

Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Parlamentlərarası Birliyin (PAİ) 152-ci Assambleyasının iştirakçılarına müraciətində deyib.

Türkiyə prezidenti dünya birliyini bundan nümunə götürməyə çağırıb.

"Parlamentlərarası İttifaq düz 137 ildir ki, çox vacib bir funksiyanı yerinə yetirir. Bu axşam bir daha "Hamı üçün demokratiya" anlayışı ilə parlament demokratiyasına yol açan bu birliyin hörmətli üzvlərinə təşəkkür etmək istəyirəm. Mən Birliyin dialoq və əməkdaşlıq üçün imkanların artırılmasına, sülh və ədalətə yönəlmiş təşəbbüslərin gücləndirilməsinə əsaslanan missiyasını yüksək qiymətləndirirəm", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti