...

Pakistan yüksək dəqiqlikli gəmiəleyhinə raketin sınağını keçirib

Dünya xəbərləri Materials 16 Aprel 2026 15:07 (UTC +04:00)
Pakistan yüksək dəqiqlikli gəmiəleyhinə raketin sınağını keçirib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Pakistanda yeni gəmiəleyhinə raketin sınaq atışı həyata keçirilib.

Trend xəbər verir ki, bu barədə Pakistanın Xidmətlərarası İctimayyətlə Əlaqələr İdarəsi (ISPR) məlumat yayıb.

Yerli istehsal olan raket Pakistan hərbi dəniz qüvvələrinə aid gəmidən buraxılıb və yüksək sürətlə hərəkət edərək uzaq məsafədə yerləşən hədəfi uğurla dəf edib. Bununla gəmiəleyhinə raketin yüksək dəqiqlikli zərbə qabiliyyəti təsdiqini tapıb.

Sınaq atışını Pakistan Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi admiral Navid Əşrəf, eləcədə bir sıra nüfuzlu alim və mühəndislər birlikdə izləyib.

ISPR-in məlumatına görə, raket müasir naviqasiya və idarəetmə sistemi ilə təchiz olunub və bu, onun təhlükələrdən yayınmasına, dəyişən şəraitə uyğunlaşmasına və hədəfləri yüksək dəqiqliklə vurmasına imkan verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti