Bakı. Trend:
ABŞ İranla mübahisəli məsələlərdə razılığa gəlməyə çox yaxındır.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp deyib.
"Biz razılaşmanı əldə etməyə çox yaxınıq", - deyə o jurnalistlərə bildirib.
Tramp əlavə edib, onlarla bizim ortaq məxrəcə gəldiyimiz çoxlu məsələlər var.
Xüsusilə, onun sözlərinə görə, İran nüvə silahı istehsal etməməyə razılıq verib.
Tramp həmçinin İranın zənginləşdirilmiş uran ehtiyatlarını ABŞ-yə təhvil verməyə razılaşdığını bildirib. "Onlar bizə nüvə tozu verməyə razılaşıblar", - deyə ABŞ prezidenti bildirib.
