...

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları kəskin artıb

Dünya xəbərləri Materials 16 Aprel 2026 05:26 (UTC +04:00)
Gürcüstanın beynəlxalq valyuta ehtiyatları kəskin artıb

Bakı. Trend:

Gürcüstan Milli Bankının beynəlxalq valyuta ehtiyatları artaraq bu ilin sonuna kimi 7 milyard dollara çatacaq.

Trend xəbər verir ki, bu barədə “Tbilisi – Galt&Taggart” İnvestisiya Bankı məlumat yayıb.

Bankın dərc etdiyi həftəlik icmala əsasən, 2026-cı ilin mart ayında Gürcüstanın beynəlxalq valyuta ehtiyatları illik müqayisədə 46,5 faiz artaraq 6,3 milyard dollar təşkil edib.

Bununla belə, aylıq müqayisədə ehtiyatlarda azalma qeydə alınıb. Mart ayında göstərici 5,2 faiz və ya 343,4 milyon dollar azalıb. Bu azalma əsasən monetar qızılın dəyərinin ucuzlaşması, eləcə də hökumət və bank sektorunun valyuta əməliyyatları ilə izah olunur.

Bankın hesabatında qeyd edilir ki, 2026-cı ilin mart ayına olan vəziyyətə görə, monetar qızıl ümumi beynəlxalq ehtiyatların 16,7 faizini təşkil edir.

Xəbər lenti

Xəbər lenti