Bakı. Trend:
2025-ci il ərzində Dövlət Neft Fondunun (DNF) aktivlərinin ümumi həcmi ilin əvvəlinə nəzərən 22,5 faiz artaraq 73,5 milyard ABŞ dollarına çatıb, aktivlər üzrə gəlirlilik 6,2 faiz təşkil edib.
Trend bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Bildirilib ki, aktivlərin ÜDM və borc göstəricilərinə nisbətinin əlverişli səviyyələrdə olmasına baxmayaraq, büdcə gəlirlərinin əhəmiyyətli hissəsi (2026-cı ildə33,2%) Fondun transferti hesabına formalaşır.
“Bençmark təhlilinə əsasən neftlə zəngin olan və suveren fondlardan büdcəyə davamlı transfert yönəldilən ölkələrdə (məsələn, Qazaxıstan 15%, Norveç 25%) eyni göstərici daha aşağı nisbətdədir. Bu baxımdan, növbəti illərdətransfertin mərhələli şəkildəazaldılması və illik transfertlərin həcmlərinin ən qabaqcıl təcrübəkimi DNF-nin aktivlərinin idarəetmə gəlirləri səviyyəsinə çatdırılması nəzərdə tutulur”, - məlumatda vurğulanıb.
