...

Bu ölkədə benzin və dizel vergisi ləğv edilib

Dünya xəbərləri Materials 15 Aprel 2026 19:34 (UTC +04:00)
Bu ölkədə benzin və dizel vergisi ləğv edilib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kanada hökuməti Yaxın Şərqdəki vəziyyət fonunda benzin və dizel yanacağı qiymətlərinin artması səbəbilə bu məhsullara tətbiq olunan federal vergilərin müvəqqəti ləğvi barədə qərar qəbul edib.

Trend bu barədə xarici mediaya istinadən xəbər verir.

Güzəştli rejim aprelin 20-dən sentyabrın 7-dək qüvvədə olacaq.

Beləliklə, verginin ləğvindən sonra ən ucuz benzinin bir litrinin qiyməti 10 sent, dizel yanacağının bir litri isə 4 sent ucuzlaşacaq.

Kanadada benzinin orta qiyməti 2 Kanada dolları (1,45 ABŞ dolları) həddinə çatıb. Kəskin bahalaşmaya təsir edən əsas amillərdən biri kimi gəmilərin Hörmüz boğazı vasitəsilə hərəkətinin bloklanması göstərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti