...

Bakı və Sumqayıt üzrə I sinfə qəbulla bağlı ərazi seçimi başa çatır

Gündəm Materials 15 Aprel 2026 15:48 (UTC +04:00)
Bakı və Sumqayıt üzrə I sinfə qəbulla bağlı ərazi seçimi başa çatır
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Bakı və Sumqayıt üzrə 1-ci sinfə qəbulla bağlı ərazi seçimi bu gün başa çatır.

Trend Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə istinadən xəbər verir ki, 2026-2027-ci tədris ili üzrə I sinfə elektron qeydiyyat prosesi ilə bağlı məktəblərin mikroərazi üzrə ünvanları vətəndaşlara açıqlanıb. Mikroərazilər müvafiq icra hakimiyyəti orqanlarının təqdim etdikləri dislokasiyaya uyğun olaraq müəyyənləşdirilib.

Əlavə sualı olan vətəndaşlar müvafiq olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Çağrı Mərkəzinə (146-1) və Abşeron-Xızı Regional Təhsil İdarəsinin Çağrı Mərkəzinə (146-0-1) zəng edib məlumat ala bilərlər.

Qeyd edək ki, ümumi təhsil müəssisələrinin I siniflərinə qeydiyyat prosesi www.mektebeqebul.edu.az⁠ elektron portalı vasitəsilə aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti